Bakıda Koroğlunun abidəsinin açılızı oldu

img

21-02-2012 [02:46]


Bu gün Bakı şəhərində Azərbaycanın əfsanəvi xalq qəhrəmanı Koroğluya qoyulan abidənin açılışı olub. Bir qədər öncə baş tutan açılış mərasiminmdə prezident İlham Əliyev də iştirak edib. Qeyd edək ki, Koroğlu abidəsi paytaxtın Nəsimi rayonunda, Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi ərazidə ucaldılıb. Bura Bakı Zooparkının yaxınlığındakı keçmiş Caparidze bağıdır. Abidənin müəllifi, heykəltəraş Tokay Məmmədovdur. Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq ölkə prezidenti İlham Əliyev hələ 2009-cu il dekabrın 3-də Koroğluya Bakıda abidə qoyulması haqda sərəncam imzalayıb. 2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltəraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olub. 24 dekabr 2010-cu il tarixdə bu məsəlyə dair növbəti sərəncam imzalanıb. Sözügedən sərəncamda bildirilib ki, xalq qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Buna görə də Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat məbləğində vəsait ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA