Bakıda sərnizin avtobusu azdı, ölən və yaralananlar var

img

20-02-2012 [11:08]


Bakıda axşam saatlarında ?Qara Qarayev? metrostansiyasının yaxınlığında avtobus aşıb. 212 saylı (indiki 12) avtobus maneəyə dəyərək aşıb. Avtobusun içində xeyli sayda sərnişin olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov faktı təsdiqləyib. O bildirib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır, sərnişinlər arasında ölən və xəsarət alanların olduğu barədə məlumat yoxdur. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 sərnişin ölüb, 5-dən çox şəxs xəsarət alıb. Hazırda həkimlər hadisə yerində xəsarət alanlara ilkin tibbi yardım göstərirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA