19-02-2012 [10:55]
Xəbər verildiyi kimi, fevralın 17-də Ali Məhkəmənin kollegiyaları plenumda hesabat verib. Hesabatda məhkəmələrdə baş verən neqativ halların azaldığı da vurğulanıb. Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, əvvəlki illərlə müqayisədə ötən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi səviyyəsinin yüksəlib. Bundan əlavə, R.Rzayev yerlərdə ədalət mühakiməsinin vəziyyətinin yaxşılaşdığını vurğulayaraq, cinayət işləri ilə bağlı şikayətlər tədricən azaldığını qeyd edib.
Məsələylə bağlı düşüncələrini bölüşən tanınmış hüquqşünas Qurban Məmmədov deyilənlərin heç bir əsasının olmadığını və məhkəmə-hüquq sistemində vəziyyətin daha da pisləşdiyini vurğulayıb: ?Ramiz Rzayev özünə və hakimiyyətə lazım olan sözləri deyir, reallığı əks etdirən söz demir. Əksinə 2011-ci ildə Azərbaycan məhkəmələrində rüşvətxorluq dərinləşib, qanunsuz qərarların sayı çoxalıb. Bunu sübut eləmək elədə çətin deyil. Qaldırsınlar baxsınlar ki, rayon məhkəmələrin qəbul etdiyi qətnamələrin neçəsi apellyasiya instansiyasında ləğv olunub, apellyasiyası qəbul olunanların neçəsi Ali Məhkəmələ ləğv olunub və neçə işlər təkrar bir neçə dəfə Ali Məhkəmədə baxılır. Ali Məhkəmənin özündə eyni iş üzrə bir-birinə zidd olunan qəbul olunmuş qərarlar var. Şəxsən mənim öz əlimdə bunun bir neçə nümunəsi var. Ramiz Rzayev keçmiş prokuror olub deyə, məhkəmə sistemini yaxşı bilmir. Sadəcə olaraq, lazım olan sözü deyir. Axı bu rejimin tərkib hissi kimi başqa bir söz deyə də bilməz. Bilirsiniz də bu rejimin belə bir qaydası var, publikaya lazım olan sözü deyərlər. Onların dedikləri sözlər isə reallığı əks etdirmir. Ona gbrə də Ramiz Rzayevin dediklərini ciddi qəbul etməyə ehtiyac yoxdur. Hər bir Azərbaycan vətəndaşı Ramiz Rzayevin sözlərini oxuyandan sonra münasibətini bildirir. Kimi təqdir edir, əksəriyyət də yalan danışdığını bili rvə ürəyində söyür?.
Qeyd edək ki, Ramiz Rzayev Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı qərarların sayının azaldığını bildirib. Q.Məmmədov bunun səbəblərinin Azərbaycan məhkəmələrinin ədalətli işlədikləri ilə deyil, başqa bürokratik əngəllərlə əlaqələndirdi: ?Avropa Məhkəməsinə müraciətlərin sayı artmaqdadır və davam edəcək. Sadəcə, müəyyən mərhələdə azalmasının səbəbləri var. Azərbaycanda Mülki Prosessual Məcəllədə maddə var ki, vətəndaş kasasiya şikayəti vermək üçün mütləq vəkili olmalıdır. Baxmayaraq ki, bu, beynəlxalq hüquqa ziddir. Elə bizim .z qanunvericiliyimizdə də yazılıb ki, hər bir vətəndaş öz hüquqlarını qorumaq hüququna malikdir. Amma belə bir qayda qoyublar ki, həm qabiliiyyətsiz vəkillərə məcburi bazar yaradıblar, həm də bununla əksəriyyətin Ali Məhkəməyə kasasiya şikayətinin verilməsinin qarşısını alıblar. Vətəndaşın pulu yoxdur ki, gedib vəkil tutsun, ərizə verir ki, vəkil təyin edin, amma təiyn eləmirlər. Bu yolla da Ali Məhkəməyə verilən şikayətlərin sayı azaldılır. Ali Məkhəkəmənin qərarı yoxdur deyə, vəəndaş zamanında Konstutiusiya məhkəməsinə müraciət edə bilmir, eləcə də Avropa Məhkəməsinə. Çünki Avropa Məhkəməsinə müraciət eləmək üçün Ali Məhkəmənin sonuncu qərarından 6 ay müdətinə şikayət eləməlisən. Vətəndaş Ali Məhkəmənin qərarını ala bilmir deyə, Avropa Məhkəməsinə gedə bilmir. Yəni Ramiz Rzayevin dediyi kimi deyil?.
Ötən il məhkəmə sistemindəki vəziyyəti də qısaca xarakterizə edən hüquqşünas deyib ki, 2011-ci ildə korrupsiyaya qarşı mübarizə elan olunsa da, prosesin tap əksi baş verib. Onun sözlərinə görə, məhkəmələrdəki dərəbəyli ötən il əvvəlki dönəmlərə nisbətən daha da genişlənib: ?Bilirsiniz də, dinimizə görə namazı əvvəlcədən qılıb tərk edən adamın günahı, namazı, ümumiyyətlə, qılmayan adamın günahından qat-qat çoxdur. Azərbaycanda 2011-ci əslində korrupsiya ili elan olunmalıdır. Ona görə ki, bu ildə məhz korrupsiyaya qarşı mübarizə elan olundu, cəmi üç çəkdi və korrupsiya əvvəlkindən də böyük həcmdə davam etməyə başladı. Məhkəmələrdə əvvəllər bir işə görə 5 min manat alırdılarsa, o üç aylıq ?istirahət?dən sonra 15-20 min manat almağa başladılar. Özü də həmin dövrdə bütün məhkəmələrdə işlər qəsdən uzadılırdı ki, rüşvətə icazə veriləndən sonra hərəkətə keçsinlər. Ondan sonrakı dönəmdə də köhnə hamam, köhnə tas. Qanunsuz qərarlar verildi, rüşvətlər alındı, haqq-ədalət tapdalandı?.
Yeri gəlmişkən, Ali Məhkəmə sədri 2012-ci ildə məhkəmə-hüquq sistemində atılacaq addımlara da toxunub. Onun sözlərinə görə, məqsədin ədalət mühakiməsinin səmərəliyini artırmaqdan ibarət olacaq: ?Məhkəmələr insanların güvənc yeri olmalıdır. Hansı sahədə nöqsanlar varsa, onu müzakirə edib, aradan qaldırmağa çalışırıq?. Qurban bəy isə hazırda məhkəmələrdəki vəziyyəti göz önünə alaraq, hansısa irəliləyişin olacağına inanmadığını diqqətə çatdırıb.
Onu da nəzərə çatdıraq ki, fevralın 17-də Ədliyyə Nazirliyində İcra Xidmətinin yerli qurumları rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib. İclasda ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar icra sahəsində korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin aradan qaldırılması məsələsinin daim diqqətdə saxlanılması, xüsusilə qaynar xətlərin yaradıldığı, daxil olan şikayətlərin operativ və dolğun araşdırılması, nəticələri üzrə təxirəsalınmadan təsirli tədbirlərin görülməsi vurğulanıb. Bildirilib ki, 2011-ci ildə xidmətin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, icra məmuru kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə ədliyyə orqanlarından xaric edilib.
Müsahibimiz ədliyyə sistemində baş verənlərə də münasibətini bildirib. Q.Məmmədov bir neçə nəfərin cəzalandırılmasının, 3 nəfərin işdən çıxarılmasının sadəcə olaraq, gözdən pərdə asmaq xarakteri daşıdığını nəzərə çatdırıb: ?Ədliyyə sistemində rüşvətin kökünü kəsmək üçün Ədliyyə naziri hörmətli Fikrət Məmmədov özü almamalıdır və rüşvət alanlara qarşı da ciddi mübarizə aparmalıdır. Özü də rüşvət alanların, qanunpozuntularına yol veprənləri işdən çıxarmaq yox, həbs etdirməlidir. Gömrük sitemində Aydın Əliyev rüşvət almamalıdır, ruşvət alanı da həbs etdirməlidir. Reyestr Xidmətində rüşvət tüğyan edir, bu düzəni dəyişmək üçün Kərəm Həsənov rüşvət almamalıdır və rüvşət alanları həbs etdirməlidir. Ümumiyyətlə, Azərbaycanda kökünü kəsmək üçün hakimiyyətin ən yüksək mərtəbəsindəkilər elan etməlidirlər ki, biz rüşvət almırıq, siz də almayın, alan həbs olunacaq. Ondan sonra rüşvətin kökü kəsilər. Yoxsa birinci adamlar rüşvət alırsa, yaxud da alanlara laqeyd münasibət bəsləyirsə, tədbir görmürsə, yalandan mübarizədən dlanışırlarsa, Azərbaycan korrupsiya və rüşvət bataqlığında məhv olacaq?.
#601;m#351;d#601; d#252;r#601;-h#601;m#601;kili olmal#305; ki, r#252;nd