Kardiologia ilə bağlı elmi seminar

img

18-02-2012 [08:36]


Bu gün Sumqayıt şəhərində Mərkəzi Klinik Xəstəxana və Sumqayıq şəhər səhiyyə şöbəsinin təşkilatçılığı və Asfarma LTD-nin maliyyə dəstəyi ilə ?Kardiologiya; Müasir baxış? mövzusunda elmi seminar keçirilib. 100 nəfər həkimin qatıldığı seminarda kardioloji xəstəliklərin müasir müalicə üsulları və metodları barədə məruzələr dinlənilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seminarı giriş sözü ilə Sumqayıt səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev açaraq son illər ölkədəki səhiyyənin inkşafdandan, müasir müalicə üsullarının ölkəyə gətirilməsində, yeni tibb avadanlıqlarının xəstəxanalarımızda istifadə olunmasından danışıb. Sonra söz Mərkəzi Klinkanın baş həkimi Kamran Musayevə verilib. K.Musayev kardiologiya sahəsində əldə olunan uğurlardan danışaraq, son illər bu sahədə əldə olunan müsbət nəticələrə toxunub. O bildirib ki, kardioloji xəstəliklərin yeni müayinə və müalicə metodlar müsbət nəticə verib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəinin Azərbaycana gətirilməsi nəticəsində xeyli sayda xəstələrimiz ölkədə yüksək keyfiyyətili müalicə ala bilirlər. Mərkəzi Klinikanın həkim kardiloqu Rafiq İbrahimov, Fuad Əliyev də çıxışlarında kardioloji xəstəliklərin müasir müalicə üsulları və metodları haqqında seminar iştirkaçılarına məlumat veriblər. İki saat davam edən tədbirdə müzakirələr dialoq formasında baş tutub. Sonda həm məruzəçilər, həm də seminar iştirakçıları konfransın keçirilməsində göstərdiyi hər cür dəstəyə görə Asfarmaya ? Azərbaycanda farm marketinqin lideri olan- Asfarmaya təşəkkürlərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA