Bakıda BMT-nin əməkdazının anası qətlə yetirilib

img

18-02-2012 [02:12]


Fevralın 17-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. DİN mətbuat xidmətindən verilən çəlumata görə, saat 19.00 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elmira İsmayılova öz mənzilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş, mənzilin mətbəxi isə yandırılıb. Nəticədə mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri isə Binəqədi RPİ tərəfindən aparılır. Qeyd edək ki, mərhumə BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin başçısı Fuad Hüseynovun anasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA