Havanın üzü dönür: yenə qar yağacaq

img

17-02-2012 [12:50]


Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında hava bir qədər soyuqlaşacaq. Günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir, cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti təşkil edəcək. Fevralın 19-da havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, günün birinci yarısında 6 dərəcəyədək isti, axşama doğru 0 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarında ffevralın 18-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. Fevralın 19-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılar tədricən kəsiləçək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA