MQF idarə Heyətinin yığıncağı keçirildi

img

16-02-2012 [06:10]


52;n Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Gündəlik: Yeni təşkilatların MQF-yə qəbulu; Xocalı soyqırımının 20 illiyi ilə bağlı silsilə tədbirlərin müzakirəsi; Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədin irəli sürülməsi barədə; MQF-nin VIII Qurultayının keçirilməsi barədə; Cari məsələlər. İclasdan öncə MQF prezidenti Rauf Zeyni bir neçə məlumatı MQF İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb. O, qeyd etdi ki, 2011-ci ilin dekabr ayında MQF ölkə prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ?Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının? yeni tərkibinə daxil edilmiş və bu Foruma dövlət səviyyəsində böyük etimadın göstərilməsi deməkdir. Yığıncaqda qeyd olunan məsələlər müzakirə olunmuşdur. İlk olaraq 3 QHT (?Cəmiyyət və İnteqrasiya? İB, Xan Şuşinski Fondu, ?Oğuz? Müstəqil Araşdırmalar Qrupu) MQF-yə üzv kimi qəbul olunmuşdur. MQF İdarə Heyətində növbəti məsələ Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar olaraq MQF-QHT əməkdaşlıq alyansı, Qadın-QHT koalisiyası, digər QHT koalisiyalarının da bu kampaniyaya qoşulması müzakirə və təqdir olundu. İl ərzində Xocalı Ədalət kampaniyasının QHT-lər tərəfindən aparılması məqsədəmüvafiq hesab edildi. Digər məsələ Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədin irəli sürülməsi barədə oldu. Quliyev Azay Əjdər oğlu təhsil, elm və mədəniyyət istiqaməti üzrə MQF prezidenti Rauf Zeyni tərəfindən irəli sürüldü və MQF İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edildi Növbəti məsələ olaraq MQF VIII Qurultayının keçirilməsi geniş müzakirə olundu. İşçi qrupu yarandı, təşkilat komitəsi formalaşdırıldı. Qurultayın keçirilməsi ilə əlaqədar texniki və təşkilati məsələlər MQF prezidenti R.Zeyniyə həvalə edildi və MQF-nin VIII Qurultayının bu il sentyabrın ikinci yarısında keçirilməsi qərara alındı. Sonda cari məsələlər də müzakirə olunmuşdur. Qeyd edək ki, hal-hazırda 575 təşkilat MQF-nin üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA