Axzama doğru hava dəyizəcək, yağıntı olacaq

img

16-02-2012 [10:24]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 16-da ölkə ərazisində hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, axşam yenidən yağıntı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bakıda və Abşeron yarımadasındatemperatur gündüz 5-9 dərəcə isti, axşama doğru müsbət 2 dərəcəyə yaxın olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə qar yağacağı gözlənilir. Temperaturun gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir. Temperatur gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Axşam qar yağacağı gözlənilir. Temperatur gündüz 0-5 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-16 dərəcə şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Axşam az yağıntı olacaq. Temperatur gündüz 4-9 dərəcə isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, qar yağacağı gözlənilir. Temperaturun gündüz 4-8 dərəcə isti, dağlarda 0-4 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA