Diplomların seriyaları elektron qaydada müəyyənləzəcək

img

15-02-2012 [02:34]


Azərbaycanda ali məktəbi bitirən məzunların diplomlarının seriyası ilk dəfə olaraq bu ildən xüsusi proqram təminatı vasitəsilə müəyyənləşəcək. Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, proqram özü hansı seriyalı diplomun hansı məzuna verilməsini müəyyən edəcək. İndiyədək isə ali məktəblərin təqdim etdiyi siyahı əsasında nazirlik diplomların seriyasını müəyyən sıralanmış qaydada verib. Belə ki, 1-dən 100-dək olan seriyalar hansısa ali məktəbə verilirdi. Sonradan isə həmin seriyaların hansı məzunlara verildiyini öyrənmək üçün məktəblərdən yenidən siyahı alınırdı, bu isə xeyli əlavə vaxt aparırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA