Fazil Məmmədov korrupsiyaya qarzı yeni mübarizə yolundan danızıb

img

15-02-2012 [01:38]


Bu gün Azərbaycanda vergi nəzarətinin distant formalarına üstünlük verir, yoxlamalar daha çox kameral üsulla aparılır, o cümlədən vergi ödəyicilərinin bəyannamələrinin kameral vergi yoxlanması prosesində tətbiq edilmiş yeni proqram təminatları bu sahədə vergi nəzarətinin səmərəliliyinin əsaslı surətdə artırılmasına imkan verib. Bu barədə ?Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər? mövzusunda Şamaxıda keçirilən konfransda çıxışında vergilər naziri Fazil Məmmədov bildirib. Onun sözlərinə görə, ötən il nazirlik Avropa Birliyinin Qonşuluq Siyasəti çərçivəsində ?Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi? tvinninq layihəsinin reallaşdırılmasına başlayıb. Bu layihə vergi auditi sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur: ?Elektron auditin tətbiqi bizə vergi ödəyicisinin ofisinə getmədən məsafədən nəzarət imkanları yaradacaq ki, bu da vətəndaş-məmur təmaslarının məhdudlaşdırılmasına və nəticədə neqativ halların yaranma ehtimalının azalmasına xidmət edəcək?. Nazir bildirib ki, hazırda vergi orqanlarının fəaliyyəti ilə bağlı sualı, şikayəti olan vətəndaşlara həm nazirliyin rəsmi internet saytı, həm poçt vasitəsilə, həm də nazirliyin rəhbərləri ilə birbaşa müraciət etmək imkanı yaradılıb: ?Keçən ildən etibarən vətəndaşlar nazirliyin hər bir rəhbər vəzifəli şəxsi ilə video-qəbul vasitəsilə də canlı rejimdə ünsiyyət qura bilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA