Azərbaycan prezidenti BƏƏ xarici izlər nazirini qəbul edib

img

14-02-2012 [03:20]


Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul edib. Ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirən dövlət başçısı əlaqələrin qarşıdakı illərdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan prezident əməkdaşlığın regionda sülhə və sabitliyə xidmət edəcəyini deyib. Dövlət başçısı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Öz növbəsində, BƏƏ xarici işlər naziri ölkəsinin prezidentinin Azərbaycanla əlaqələrin inkişafından məmnun olduğunu deyib. Nazir Azərbaycan prezidenti İlham Əliyevin və BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın rəhbərliyi altında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA