Səfər Əbiyevdən sərt cəza tədbiri

img

14-02-2012 [12:46]


Azərbaycanda əsgər intiharı ilə bağlı araşdırma aparılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Mehman Əmiraslan oğlu Əmiraslanovun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri, mayor Etibar İsabala oğlu Əhmədov xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Vüqar Yadigar oğlu Məcidovun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb. Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri baş leytenant Nihad Nizami oğlu Babayev da tutduğu vəzifədən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA