Ötən gün Bakıda 3 nəfəri don vurub

img

11-02-2012 [11:07]


Ötən gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1331 müraciət daxil olub. Bu barədə məlumatı stansiyanın baş həkimi Mürsəl Həmidov verib. Onun sözlərinə görə, müraciət edənlərin 144 nəfəri xəstəxanaya yerləşdirilib. "Müraciət edənlərdən 73 nəfər travma alıb, həmin şəxslərdən 44 nəfəri xəstəxanaya çatdırılıb. Qarlı hava şəraiti ilə əlaqədar sutka ərzində 37 nəfər yıxılaraq travma alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib". Son sutka ərzində Bakıda 3 nəfər isə don vurub. Baş həkim donvurma diaqnozu qoyulan hər 3 şəxsin səfil həyatı yaşayan ?bomj?lar olduğunu bildirib. Onlardan 2-si Yasamal rayonu ərazisindən götürülərək və 6 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Digəri isə Nərimanov rayonu ərazisində aşkar edilərək 5 saylı şəhər xəstəxanasına çatdırlıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA