Bu gün də Bakıda çovğun olacaq

img

11-02-2012 [11:05]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 11-də ölkə ərazisində şaxtalı və covğunlu hava şəraitinin davam edəcək, fasilələrlə qar yağacaq. Bakıda və Abşeron yarımadasında fevralın 10-dan 11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir. Temperatur gecə və səhər 3-7 dətrəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Axşama doğru 5 dərəcəyədək şaxta olacaq. Bakıda gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 7-12 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperaturun gecə 15-20 dərəcə şaxta, gündüz 5-10 dərəc şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 7-10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Temperatur gecə 4-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 3-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA