Qarlı havada 42 nəfər yıxılaraq xəstəxanalıq olub

img

09-02-2012 [12:25]


Ötən gündən paytaxtda müşahidə olunan çovğunlu hava şəraiti nəticəsində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayında çoxalma qeydə alınıb. Stansiyanın baş həkimi Mürsəl Həmidov deyib ki, təcili tibbi yardım stansiyalarına 1262 müraciət daxil olub. Onlardan 165 nəfəri xəstəxanalara yerləşdirilib. ?Ötən gün 102 nəfər travma alma ilə əlaqədar həkimə müraciət edib ki, onlardan 61 nəfəri xəstəxanaya yerləşdirilib. Dünən 42 nəfər buzlu yolda yıxılaraq xəsarət alıb. Yıxılanlar arasında 29 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazından isə 17 nəfər zəhərlənib. Onlardan 11 nəfər xəstəxanaya yerləşdirilib?, - deyə Mürsəl Həmidov vurğuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA