Ramil Usubov Türkiyə Silahlı Qüvvələrinin Baz Qərargah rəisi Nejdət Özəllə görüzüb

img

08-02-2012 [09:03]


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 8-də ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəllə görüşüb. Bu barədə MIA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Qonağı salamlayan daxili işlər naziri iki dost və qardaş ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini xatırlatmış və bu səfərin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl yeni vəzifəsində ilk səfərinin qardaş Azərbaycana olduğundan məmnunluğunu bildirmiş, böyük Atatürkün ?Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir? sözlərini xatırladaraq, Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirmiş və bu əlaqələrin inkişafı üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA