Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb

img

08-02-2012 [06:09]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Fondun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa Nyu-Yorka səfər ediblər. Səfərin məqsədi BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsində və ECOSOC-un Sosial İnkişaf Komissiyasının 15-ci sessiyasında iştirak etməkdir. Bu barədə BAMF sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BAMF-ın hesababatının müzakirəsi zamanı BMT-nin QHT-lər bölməsinin rəhbəri Andrey Abramov sənədin mükəmməl hazırlandığını və bu səbədən də qəbul olunduğunu bildirib. U.Rəhimoğlu A.Abramovdan bu sözləri eşitməyin onun üçün çox xoş olduğunu bildirib: ?Əlbəttə, biz əvvəlcədən də əmin idik ki, hesabat BAMF-ın fəaliyyətini tam əks etdirdiyindən komitədə qəbul ediləcək. Bunu cənab Andrey Abramovfan eşitmək mənim üçün çox xoş oldu. Hələ 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvü olan BAMF tərəfindən keçən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. BAMF BMT-nin əksər nüfuzlu beynəlxalq tədbirlərində iştirak edib, müxtəlif müzakirələrə fəal qatılıb. Heç şübhəsiz ki, Minilliyin İnkişafı Hədəfləri çərçivəsində BMT-nin 2010-2015-ci illər üzrə fəaliyyət proqramını hazırlayan işçi qrupuna daxil olmağımız çox önəmli işlərdən biri idi. Biz BMT-nin müxtəlif agnetlikləri ilə yaxından əməkdaşlıq edirik. Hesabatda BAMF-ın həyata keçirdiyi ayrı-ayrı layihələrlə yanaşı Azərbaycanda vətəndaş cəmiyyətinin durumu, sosial-iqtisadi vəziyyət, insan haqları, söz azadlığı və medianın inkişafı barədə məlumatlar yer alıb.? U.Rəhimoğlu ECOSOC-un Sosial İnkişaf Komissiyasının 15-ci sessiyasında müxtəlif mövzularda müzakirələrin aparıldığınını da deyib. Xatırladaq ki, BAMF Azərbaycan QHT-ləri ilə BMT agentlikləri, o cümlədən ECOSOC-la yaxından əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi işini də koordinə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA