Görünməmiz zaxta olacaq(-25-30 dərəcə)

img

08-02-2012 [02:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sabah yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında isə fevralın 9-da gecə 8-13 dərəcə şaxta gözlənilir. 13 dərəcə şaxta paytaxtda temperaturla bağlı qeydə alınacaq yeni rekord olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Fevralın 9-u gündüz yağıntıda qısa müddətə fasilə olacağı, 9-da axşam, 10-da arabir qar yağacağı gözlənilir. 10-u gündüz şimal-qərb küləyi yenidən güclənəcək. #601;tl

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA