Nazirlik kitabxana rəhbərlərinə mütəxəssis seçimi ilə bağlı tapzırıq verib

img

07-02-2012 [01:15]


Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi kitabxana rəhbərlərinə mütəxəssis seçimi ilə bağlı tapşırıq verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bundan sonra şəhər, rayon kitabxanalarına (onların filiallarına) ali və orta ixtisas təhsilli (o cümlədən ali təhsilli), habelə kompyuter biliklərini və informasiya texnologiyalarını mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdırlar. Nazirlik bu addımı ?Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı?nın və Nazirlər Kabinetinin ?Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştatları haqqında? Qərarın icrasını təmin etmək məqsədi ilə atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA