Yol polisi sürücülərə xəbərdarlıq etdi

img

07-02-2012 [12:31]


[b]Bakı-Sumqayıt yolu donub və tıxac yaranıb[/b] Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycan ərazisində havaların kəskin soyuması və avotmobil yollarının buz bağlaması ilə əlaqədar növbəti dəfə sürücülərə və piyadalara müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə, ölkə ərazisində bütün yolların hərəkət hissəsində buzlaşma gedir. Əsas problem isə Qusar rayonu ərazisində, Rusiya istiqamətində olan yollardadır. Qarın yağması ilə bağlı bu yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Digər ərazilərdə isə ciddi problem yoxdur. Buna baxmayaraq bütün magistral yollarda nəqliyyatın hərəkəti davam edir. K.Əliyev sürücüləri yollarda texniki cəhətdən nasaz avtomobillərdən, mövsümi qış şinləri ilə təchiz olunmamış minik avtomobillərindən mümkün qədər istifadə etməməyə çağırıb: "Belə havalarda buzlu yollarda idarəetmə təcrübəsi olmayan sürücülər avtomobilləri idarə etməsin, nəqliyyat vasitəsini idarə edən digər sürücülər isə sürət həddinə və ara məsafəsinə diqqət yetirsinlər. Piyadalar isə müəyyən olunan yerlərlə hərəkət etsinlər?. K.Əliyev Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı məlumatlara da aydınlıq gətirib. İdarə rəsmisinin sözlərinə görə, yolların buz bağlaması ilə əlaqəldar avtomobillərin sürəti həddindən artıq aşağıdır: "Bu səbəbdən adıçəkilən yolda nəqliyyatın hərəkət sıxlığı var. Ancaq yol bağlanmayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA