Kəskin hava zəraiti ilə əlaqədar xəbərdarlıq

img

07-02-2012 [12:23]


Azərbaycan sinoptikləri kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, fevralın 7-də hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, güclü şimal-qərb küləyinin arabir şiddətlənəcəyi, çovğunlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 3-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Fevralın 9-da isə gündüz yağıntılarda fasilə olacağı, şimal-qərb küləyinin gündüz zəifləyəcəyi, havanın temperaturu gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 8-də qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq. Fevralın 9-da bölgələrdə qar yağacaq. Gündüz yağıntılarda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 15-20, gündüz 6-11 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA