Masallı sakinləri Ramil Usubova müraciət etmək istəyir

img

06-02-2012 [11:39]


Masallı sakinlərinin redaksiyamıza ünvanladığı məktubda bildirilir ki, əslən Masallı rayonundan olan hazırda Masallı DYP?sində axtarış üzrə inspektoru işləyən mayor Afət Mirzəyev rayon sakinlərini əməlli başlı bezdirib. Sakinlərin bildirdiyinə görə həmin Afət Mirzəyev Gəncə DYP-ində çalışırdı. Və qısa müddətdir ki, Masallı rayonuna göndərilib. Və Afət Mirzəyev rayonda Texniki baxışdan kecən şöbəyə rəhbərlik etməyə başlayıb. Hamıya məlum olduğu kimi, texniki baxış məsələsi rayonlardan alınaraq regionlara verilib. Yani Masallı sürücülətri bundan sonra Texniki baxışdan keçmək üçün Lənkəran şəhərinə getməlidirlər. Və bu da həmin Afət Mirzəyevin qanını qaraldıb. Rayon sakinlərinin yazdığına görə Afət Mirzəyev yaxın ətrafına deyib ki, ?Mən 40 min dollar verdim bura gəldim ki, pulumu cıxara bilim. Ona görə də mən buradan Lənkərana Texniki baxış şəbəsinə keçməliyəm. Və Lənkərana verəcəyim pulu da Masallılardan çıxarmalıyam? Buna görə də Masallı sakinlərinə qan udduran DYP mayoru Afət Mirzəyev bütünü günü yollarda pul yığmaqla məşğuldur. Sakinlərin bildirdiuyinə görə həmin Afət Mirzəyevin səlahiyyətləri yola şıxmaq və maşın saxlatdırmaq imkani olmadığı halda ona buna görə gözün üstündə qaşın var deyən yoxdur. Ancaq sakinlərin bildirdiyinə görə təkcə Afət Mirzəyev verib gəldiyi pula güvənmir, həttda Rusiyada olan imkanlı qardaşlarına güvənir ki, bir problem çıxdığı halda onların maddi köməkliyi ilə bütün məsələləri ört-basdır etmək imkanındadır. Buna görə də sakinlər Daxili İşlər Nazir Ramil Usubova onları Afət Mirzəyevin əlindən almaqları xahişi ilə müraciət ünvanlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA