Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

img

06-02-2012 [11:16]


Azərbaycan Ordusunun əsgəri müəmmalı şəkildə ölüb. Hadisə cəbhə bölgəsində yerləşən Ağdam rayonudan Sarıcalı kəndində qeydə alınıb. Milli Ordunun əsgəri, Mehman Ələsgər oğlu Əmiraslanovun tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürdüyü deyilir. Qeyd edək ki, M.Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Faktla bağlı hələlik Müdafiə Nazirliyilə əlaqə saxlamaq mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə açıqlamasında əsgər ölümünü təsdiqləyib. Məlumata görə, əsgər Mehman Ələsgər oğlu Əmiraslanov xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA