ilham Əliyev Münhen beynəlxalq konfransında çıxız edəcək

img

03-02-2012 [03:01]


Münhendə Təhlükəsizlik üzrə konfrans işə başlayır. Toplantıda Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton, Rusiyanin xarici işlər naziri Sergey Lavrov, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna lideri Viktor Yanukoviç və digər rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir. Ümumilikdə konfransa 70 ölkədən nümayəndə heyəti qatılacaq. Azərbaycan dövlət başçısı İlham Əliyev konfransda enerji, təbii ehtiyatlar və ətraf mühit mövzusunda çıxış edəcək. Bundan əlavə prezidenti İlham Əliyev, Viktor Yanukoviç, Avropa Birliyinin enerji məsələləri üzrə komissari Günter Ottinqerlə birlikdə enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş toplantıda iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA