Şaxtalı və qarlı günün nəticəsi; 1 nəfər donvurmadan öldü, 132 nəfər xəsarət aldı

img

03-02-2012 [12:27]


Son bir gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 1239 müraciət daxil olub. Stansiyadan verilən məlumata görə, daxil olan çağırışlar əsasında 204 nəfər xəstəxanaya yerləşdirilib. Müraciət edənlərin 132 nəfəri travma alıb ki, bunun 66 nəfəri sürüşmə nəticəsində xəsarət alanlardır. Ümumilikdə travma alanlardan 87 nəfər xəstəxanaya çatdırılıb. Sürüşmə nəticəsində xəsarət alanlardan isə 60 nəfəri xəstəxanaya çatdırılıb. Bundan əlavə, son sutka ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına yol qəzası ilə bağlı 2 çağırış daxil olub. 18 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənmə nəticəsində 1 azyaşlı uşaq ölüb. 4 nəfər isə donvurma nəticəsində xəstəxanaya yerləşdirilib, onlardan 1-i dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA