Fövqəladə Hallar Nazirliyi havayla bağlı əhaliyə müraciət etdi

img

02-02-2012 [06:56]


Fövqəladə Hallar Nazirliyi son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, son günlər respublika ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib. Yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib. Hazırda Bakı şəhərinin Binə, Hövsan, Zirə, Qobu, Müşfiqabad, Dübəndi, Pirallahı qəsəbələri istiqamətində, habelə Bakı-Sumqayıt magistral yolunun bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücülərə və piyadalara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən lazımi köməklik göstərilir. Fövqəladə Hallar Nazirliyi sürücülərə zərurət olmadığı halda qeyd edilən yollardan istifadə etməməyi tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA