Ölkənin hər yerində qar yağacaq, zaxta olacaq, yollar buz bağlayacaq

img

02-02-2012 [04:42]


Sabah Bakı və Abşeron yarımadasında qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Bakıda gecə 5-7? şaxta, gündüz 1-3? şaxta olacaq. Yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Temperatur gecə 5-10? şaxta, gündüz 0-5? şaxta olacaq. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəydə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 12-17? şaxta, gündüz 3-8? şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda da qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 4-8? şaxta, gündüz 0-3? şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda arabir qar ya?acağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10? şaxta, gündüz 0-5? şaxta, dağlarda gecə 13-18? şaxta, gündüz 5-10? şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25? şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Mərkəzi-Aranda qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 4-7? şaxta, gündüz 0-3? şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlıda arabir qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 4-6? şaxta, gündüz 0-3? şaxta, dağlarda gecə 8-13? şaxta, gündüz 3-8? şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA