Təkbazına 6 saat düzmənin hücumlarını dəf edən Milli Qəhrəman

img

02-02-2012 [04:38]


Bu gün Azərbaycanın Milli Qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, 2 fevral Milli Qəhrəman Akif Əkbərovun doğum günüdür. Akif Abbas oğlu Əkbərov 1952-ci il fevralın 2-də Cəbrayıl rayonu Balyand kəndində anadan olub. O, polis (milis) nəfəri kimi cəbhənin müxtəlif istiqamətlərində rəşadətlə vuruşub. 1991-ci il avqustun 12-də Kəlbəcər rayonu Sarı yer yüksəkliyi uğrunda döyüşdə təkbaşına 6 saat düşmənin hücumlarını dəf edib, çoxlu sayda erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb. Qeyd edək ki, Akif Əkbərov Beyləqan şəhərində dəfn edilib, orada büstü qoyulub, şəhərin küçələrindən biri onun adını daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA