Abel Məhərrəmov Kuba Xalqlar Dostluğu institutunun birinci vitse-prezidenti ilə görüzüb

img

02-02-2012 [04:02]


Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Kuba səfiri Marselo Kabalyero Torres, Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra, institutun Avropa Departamentində Azərbaycan üzrə cavabdeh olan xanm İbis Alvisa ilə görüşüb. BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, təmsil etdiyi institut haqqında danışan qonaq, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirən E. Q. Neyra BDU-nun məzunun olması ilə qürur duyduğunu söyləyib. A. Məhərrəmov E. Q. Neyranın təhsil aldığı illərdə universitetin tədris hissəsinin müdiri işlədiyini və onu yaxşı xatırladığını deyib. Əməkdaşlıqla bağlı təkliflərdən məmnun olduğunu vurğulayan rektor birgə konfrans və simpoziumların keçirilməsi, müəllim-tələbə mübadiləsi, qrant və layihələr üzərində işlənilməsinin əhəmiyyətindən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA