Misir Mərdanovun əmri ilə dərslər təxirə salındı

img

02-02-2012 [10:52]


Azərbaycanda havanın qarlı-şaxtalı olması ilə əlaqədar bütün orta ümumtəhsil məktəblərində dərslər fevralın 6-dək təxirə salınıb. Təhsil naziri Misir Mərdanov orta ümumtəhsil məktəblərində dərslərin dayandırılması barədə müvafiq əmr imzalayıb. Təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da başqa vaxt keçirilib. Nazirlik həmin imtahanların vaxtı barədə yaxın günlərdə əlavə məlumat verəcək. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 2-dən başlayan kəskin soyuqlar, şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA