Bakıdan yola düzəcək bütün avia-reyslər təxirə salındı

img

02-02-2012 [10:02]


Bakıda səhər saatlarından başlayan çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir göstərib. Bu barədə Aeroportdan məlumat verilib. Baxmayaraq ki, reyslərin heç biri ləğv edilməyib, bütün reyslərin Bakıdan yola düşməsi təxirə salınıb. Həmçinin saat 05:40-da Tehrandan Bakıya gəlməli olan J2 006 reysinin gəlişi saat 12:00-dək təxirə salınıb. Naxçıvandan saat 02:55-də Bakıya gəlməli olan J2 258 reysi isə eniş edə bilməyib və geri qayıtmalı olub. Bu reysin gəlişi saat 09:00-dək təxirə salınıb(trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA