Ramil Usubov 5 rayonun polis rəisini dəyizdi

img

01-02-2012 [02:42]


Daxili işlər naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi ilə bağlı sərəncam imzalayıb. General-polkovnik Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib. Ağcabədi RPŞ-nin rəisi Təhmasib İbrahimov isə Beyləqan rayonuna göndərilib. Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib. Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyev isə Gədəbəy RPŞ-ə təyinat alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA