Azərbaycanda informasiya Təhlükəsizliyi üzrə Milli Mərkəz yaradılacaq

img

01-02-2012 [12:05]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi hazırda aktualdır. Hesab edilir ki, informasiya təhlükəsizliyi sisteminin, habelə informasiya resurslarının (saytlar) inteqrasiyası ilə sertifikatlaşdırılmış şirkətlər məşğul olmalıdırlar. Məlumata görə, bu istiqamətdə əsas addım təşkilati məsələlər, normativ-hüquqi bazanın hazırlanması və texniki məsələlərin həll edilməsidir. Nazirliyə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə məşğul olacaq İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəzin yaradılması tapşırılıb. Mərkəzin yaradılması cari ildə planlaşdırılıb. Mərkəzin vəzifələrinə şəbəkə infrastrukturlarının vəziyyətinin izlənilməsi, yeni təhlükələrin əmələ gəlməsi haqqında məlumatlandırma və onlara qarşı mübarizə tədbirləri, informasiya təhlükəsizliyinin pozulması halı ilə üzləşən təşkilatlara təcili kömək və s. daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA