ViP Hacıbala Abutalıbovun yarıtmaz fəaliyyətini müzakirə edib

img

31-01-2012 [04:37]


Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Mərkəzi Aparatının genişləndirilmiş iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda təşkilatlanma işi ilə əlaqədar VİP-in yerli strukturlarından daxil olan məlumatlar dəyərləndirilib və cari məsələlər müzakirə edilib. Toplantının Azərbaycanın milli lideri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdıran iclas iştirakçıları böyük istiqlal fəadisinin xatirəsini hörmətlə yad ediblər. Türk-İslam dünyasında ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu və ideoloqu olan M.Ə.Rəsulzadənin hələ də layiq olduğu dəyəri almaması təəssüflə vurğulanıb. Bu məsələyə toxunan VİP Mərkəzi Aparat üzvləri M.Ə.Rəsulzadənin məzarının Azərbaycana köçürülməsi ilə bağlı hökumət qarşısında məsələ qaldırılmasını qərara alıblar. Daha sonra VİP-də davam etdirilən təşkilatlanma işlərinin gedişatı ətraflı müzakirə olunub və bu istiqamətdə fəaliyyətin effektli formada həyata keçirilməsinə dair təkliflər irəli sürülüb. Cari məsələlərin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib. İclasda son günlər havaların kəskin pisləşməsi fonunda Bakı Şəhər İcra Hakimiyyətinin və Mənzil-Təsərrüfat İdarələrinin yarıtmaz fəaliyyətinə də toxunulub, bu qurumların piyadaların və avtomobillərin hərəkətinin asanlaşdırılması istiqamətində təsirli tədbirlər görməməsi kəskin tənqid olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA