Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəz nəticəsində ölüb

img

30-01-2012 [12:57]


Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir. Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA