Yol polisi gücləndirilmiz rejimə keçdi

img

28-01-2012 [12:03]


Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Bakının bütün prospekt və küçə yollarında dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə bağlı buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb. Əsədovov bildirib ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün müvafiq tədbirlər görür. Əsədov bir daha bəyan edib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb. "Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib. Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb. Qeyd edək ki, Bakı yol polisi cümə günü yaydığı xəbərdarlıqda bildirmişdir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir. Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib. #601;y

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA