Bu gün zaxta olacaq, yollar buz bağlayacaq

img

27-01-2012 [11:20]


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinən verilən məlumata görə, havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 27-si axşam, 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var. Azərbaycanın rayonlarında da bu gün arabir qar yağacağı, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yacağı şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 27-si axşam, 28-də çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşdiyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA