Bu gündən qarlı zaxtalı günlər bazlayır

img

26-01-2012 [10:30]


Yanvarın 26-dan etibarən Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 1-3? şaxta, gündüz 0?-yə yaxın olacağı proqnozlaşdırılır. Bakıda gecə 1-3? şaxta, gündüz 0?-yə yaxın olacaq. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 7-12? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 8-13? şaxta, gündüz 1-6? şaxta olacaqdır. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 1-6? şaxta, gündüz 1? şaxtadan 3?-dək isti olacaqdır. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4-9? şaxta, gündüz 4? şaxtadan 1?-dək isti, dağlarda gecə 9-14? şaxta, gündüz 4-7? şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25? şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 1-5? şaxta, gündüz 1? şaxtadan 4?-dək isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2? isti, gündüz 2-4? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 0-3? şaxta olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA