Müdafiə Nazirliyi əsgərin əsir götürülməsi xəbərini təsdiqlədi

img

25-01-2012 [11:41]


Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan əsgərinin əsir düşməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu düşmən tərəfinə əsir düşüb. Hazırda bu barədə araşdırma aparılır. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan əsgərinin ermənilər tərəfindən əsir götürülməsi barədə xəbəri təsdiqləyib. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın ANS PRESS-ə verdiyi məlumata görə, qurumun Xankəndi ofisinə Dağlıq Qarabağın ?de-fakto? hakimiyyət orqanları tərəfindən bir Azərbaycan əsgərinin əsir götürüldüyü barədə məlumat verilib. "Mümkün olan kimi BQXK əsgərə baş çəkəcək", deyə bildirildi. Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin serjantı, 1990-cı il təvəllüdlü Lənkəran rayon sakini Axundzadə Məmmədbağır Talıb oğlunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında əsir götürülməsi barədə məlumat yayıb. Məlumatı Ermənistan KİV Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən yayıblar. Məlumata görə, hadisə yanvarın 23-də saat 15.25-də baş verib. Ermənistan tərəfinin məlumatına görə, əsir götürülən şəxsin üzərində hərbi bilet olub. Azərbaycanın Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA