Qərbi Azərbaycanlılardan Fransaya sərt etiraz

img

24-01-2012 [01:43]


Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin 24 yanvar 2012-ci il tarixdə növbəti yığıncağı keçirilib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qərbi Azərbaycan Departamentinin yığıncağında Departamentin rəhbərliyinin ötən il ərzində görülən işlər barəsində məruzələrini dinlədi. Fərəc Quliyev Qərbi Azərbaycan Departamentinin fəallığını təqdir etdiyini və bundan sonra daha fəal olacaqlarına inandığını bildirdi. Bundan sonra, yığıncaqda Departamentin yeni il üçün fəaliyyət proqramının müzakirə edilərək ən qısa zamanda hazırlanıb paket halında sədrə təqdim olunacağı diqqətə çatdırıldı. Seçkili orqanlara yeni təqdimatla seçilənlər təsdiqləndi. Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti Fransa parlamentinin qondarma ?erməni soyqırımı? iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulunu pisləyən bəyanatla çıxış etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA