Soyuq və qarlı hava zəraiti davam edəcək

img

24-01-2012 [01:32]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, az qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 1-3 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq. Yanvarın 25-də gün ərzində bəzi yerlərdə az yağıntı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-5 dərəcə isti olacaq. Yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yanvarın 26-da bölgələrdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 1-6 dərəcə şaxta olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA