Anar Məmmədov "Yeni Müsavat"ı uddu; Ayı izi 4 min manatla baza çatdı

img

23-01-2012 [06:11]


Bu gün Nizami rayon Məhkəməsində nəqliyyat nazirinin oğlu, iş adamı Anar Məmmədovun "Yeni Müsavat" qəzetinə qarşı iddiasına baxılıb. Məhkəmə qərar verib ki, "Yeni Müsavat" cərimələnsin, A.Məmməova 4 min manat ödəməyə məhkum edilsin. "Yeni Müsavat" qəzeti isə apelyasiya şikayəti vermək barədə düşünür. Qeyd edək ki, iş adamı 2010-cu ildə "Azadlıq" və "Yeni Müsavat" qəzetində dərc olunmuuş, onun dostları ilə birlikdə Qəbələ rayonunda 1 milyon dollar ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edir, bunu şərəf və ləyaqətinin təhqir olunması hesab edirdi. A.Məmmədov maddi təzminat olaraq qzəetlərdən üst-üstə 1 milyon manat istəyirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA