Azərbaycan Rusiyaya qaz ixracını 2 dəfə artırır

img

23-01-2012 [03:06]


Bu gün Rusiyanın Soçi şəhərində "Krasnaya Polyana" iqamətgahında Rusiya prezidenti Dmitri Medvedev, Azərvaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə "Qazprom"un sədri Aleksey Miller və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev iştirakı ilə Azərbaycan qazının alqı-satqısı ilə bağlı müqaviləyə əlavə imzalayıblar. Sənədə uyğun olaraq 2012-ci ildə Azərbaycandan alınacaq qazın həcmi ildə 1,5-dən 3 mlrd kub metrə, 2013-cü ildən isə 3 mlrd kub metrdən artıq olacaq. A.Miller və Rövnəq Abdullayev neft qaz sahəsində şirkətlərin qarşılıqlı dinamik əlaqəsini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, "Qazprom" və SOCAR-ın əməkdaşlığının möhkəmlənməsi hər iki ölkənin strateji maraqlarına cavab verir. "Artıq ikinci ildir ki, biz Azərbaycan qazının alışını iki dəfə artırırıq. Rusiya-Azərbaycan enerji sahəsində əməkdaşlığı yaxşı templə inkişaf edir", deyə Miller qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA