Bakıya və rayonlara yenə qar yağacaq

img

23-01-2012 [12:21]


Bakı və Abşeron yarımadasında yanvarın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq. Yanvarın 25-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, axşama doğru qar yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək. Yanvarın 25-də bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA