Vazinqtonda 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

img

21-01-2012 [01:20]


Qara Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyində anım tədbiri keçirilib. Səfirlikdən MIA-ya verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə çıxış edərək 20 yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici roldan bəhs edib, bu faciədə öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verib və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildirib. Səfir qeyd edib ki, həmin qanlı qırğını törədənlər Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq və azadlıq eşqini söndürmək istəsələr də, öz məqsədlərinə nail ola bilməyiblər, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Elin Süleymanov ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini və bu faciəni törədənləri kəskin şəkildə pisləməsini böyük tarixi hadisə adlandırıb. 20 yanvar hadisələri baş verən dövrdə ABŞ dövlət katibinin SSRİ üzrə xüsusi müşaviri vəzifəsində çalışmış Pol Qobl Qara Yanvar faciəsinə Vaşinqtonda o zaman mövcud olan münasibət barədə xatirələrini bölüşüb. Pol Qobl Sovet rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun belə bir vətəndaş qırğını törətməsini ?dövlət terrorçuluğu? kimi səciyyələndirib. O, məhz bu faciədən sonra Vaşinqtonun siyasi dairələrində SSRİ-nin tezliklə süqut edəcəyinə dair əminliyin yarandığını bildirib. Pol Qoblun fikrincə, bu qanlı hadisələr SSRİ-nin tezliklə çökməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində bütün dünyanı dəyişib. O, həmin dəhşətli günlərdə Azərbaycan xalqının yüksək cəsarət və mərdlik nümayiş etdirdiyini və bu gün azərbaycanlıların Qara Yanvar şəhidləri ilə tam haqlı olaraq böyük qürur duyduqlarını bildirib. Pol Qobl Heydər Əliyevin bu qırğını dərhal və qətiyyətlə pisləməsini yüksək cəsarət nümunəsi adlandıraraq, bu bəyanatın o zaman Vaşinqtonda ciddi rezonans doğurduğunu qeyd edib. Sonra ABŞ-dakı Azərbaycan diasporunun üzvü, faciə baş verən dövrdə ?Amerikanın Səsi? radiosunun Azərbaycan redaksiyasında çalışmış Həbib Azərsina çıxış edərək, həmin qanlı gecədə Bakı ilə çətinliklə əlaqə yaradaraq götürdüyü müsahibələrdən, faciənin ABŞ KİV-ləri tərəfindən işıqlandırılmasından, Vaşinqtondakı SSRİ səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından bəhs edib. Daha sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov həzin musiqi parçaları ifa edib. Mərasimdə ABŞ-ın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və Vaşinqtonda və Virciniyada təhsil alan bir sıra azərbaycanlı tələbələr iştirak ediblər.#601;r, Az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA