?Saytlara kibermüdaxilələr iran və Niderlanddan olub?

img

21-01-2012 [12:45]


Yanvarın 21-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclası keçirib. Nazir iclasdan sonra jurnalistlərin suallarını cavablandırarkən bir neçə gün öncə Azərbaycanın rəsmi və qeyri-rəsmi saytlarına haker hücumuna münasibət bildirib. Ə.Abbasov deyib ki, Azərbaycan saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Rabitə və informasiya texnologiyaları naziri bildirib ki, bu hücum nəticəsində Azərbaycandakı 25 sayt zərər çəkib, bir neçə saatlığa fəaliyyəti dondurulan həmin veb-səhifələrin iş sonradan bərpa edilib. Ə.Abbasovun sözlərinə görə, hadisə ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin apardığı araşdırma başa çatıb və müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib. Hücumlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlar zərər çəkib. Nazir deyib ki, Azərbaycan tərəfi artıq İran tərəfinə müraciət edərək məsələ ilə bağlı öz mövqeyini çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA