ilham Əliyev 100 ən nüfuzlu zəxslə bir siyahıda

img

20-01-2012 [09:02]


Britaniyanın ?The Times? qəzeti Azərbaycan prezidenti İlham Əliyevi 2012-ci ildə nüfuzlu və üzdə olan 100 nəfərin siyahısına daxil edib. Belə ki, bu siyahının ilk ?onluğu?na Almaniya kansleri Angela Merkel, Çin Xalq Respublikası sədrinin müavini Si Tsinpin, Kembric hersoginyası Keyt Midlton, ?Apple? şirkətinin vəfat etmiş rəhbəri Stiv Consu əvəzləmiş Tim Kuk və bu il Britaniyada 200 illiyi qeyd olunacaq yazıçı Çarls Dikkensin adı var. Bundan başqa, ?The Times?ın reytinqinə Azərbaycan prezidenti İlham Əliyevin adı ilə yanaşı Böyük Britaniyanın baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama, İsrailin baş naziri Binyamin Netanyahu, Kraliça II Yelizaveta və Sarkozinin prezident seçkilərindəki əsas rəqibi Fransua Ollandın adları yer alıb. ?Azərbaycan prezidenti bəyan edir ki, Azərbaycan bu gün dünyada ən tez inkişaf edən ölkələrdən biridir. Britaniya bunu artıq hiss edib. Bakıda ticarət mərkəzlərinin və beşulduzlu mehmanxanaların sayı xeyli artıb. Bu da deməyə əsas verir ki, Bakı bu gün Xəzərin sahilindəki Dubaya çevrilir?, - deyə ?The Times? qəzetinin məqaləsində qeyd olunub. Qəzet əlavə edir ki, bu günlərdə Londonda Azərbaycan mətbəxi restoranı açılıb və Azərbaycan haqqında ingilis dilində beynəlxalq ?Bakı? jurnalı nəşr olunmağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA