"Azərsu?da 20 yanvar tədbiri

img

19-01-2012 [04:17]


?20 yanvar - Ümumxalq hüzn günü? münasibəti ilə ?Azərsu? Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən ?Azərsu? ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, ?Azərsu? ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA