ilham Əliyev ABŞ dövlət katibi köməkçisinin müavinini qəbul edib

img

18-01-2012 [04:59]


Prezident İlham Əliyev yanvarın 18-də ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib. Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, ölkəyə prezidentin və dövlət katibinin tapşırığı ilə səfər etdiyini vurğulayıb. Erik Rubin 2012-ci ildə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycanla ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu deyib. Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA