Orduda insident; 1 əsgər ölüb, 2-si yaralanıb

img

18-01-2012 [01:02]


Yanvarın 18-də N saylı hərbi hissədə ölümlə nəticələnən hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgərimiz isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA